Beynəlxalq konfrans: "Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma”
04.03.2023 12:18

Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda belnəlxalq elmi-praktik konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov iştirakçıları səhiyyə naziri Teymur Musayevin adından salamlayıb. Konfransın "Heydər Əliyev İli"nə həsr olunduğunu deyən nazir müavini Azərbaycanın dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Bildirib ki, Ümummilli Lider əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına xüsusi diqqət ayırırdı.

 

Vurğulanıb ki, bu gün Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev səhiyyə sahəsinin inkişafına xüsusi diqqət yetirir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaqların, yeniyetmərlərin və anaların sağlamlığını səhiyyəmizin əsas prioritetlərindən biri kimi təyin edib. 

 

“Beynəlxalq elmi-praktik konfrans təbabətin ən vacib sahələrindən birinə - uşaq və yeniyetmələrdə vərəmin profilaktikası mövzusuna həsr olunub. Bildiyiniz kimi, vərəmlə mübarizə qlobal məsələdir. Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir. Ölkəmizdə ictimai sağlamlığın əsas məsələlərindən olan vərəmlə mübarizədə dövlət proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunub. Eyni zamanda, ölkəmiz bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir”, - deyə N.Zeynalov qeyd edib.

 

Daha sonra çıxış edən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunu direktoru İradə Axundova qeyd edib ki, respublikamızda vərəm əleyhinə xidmət Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Vərəm Proqramı Mərkəzi tərəfindən aparılır. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 7 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər (2016-cı ildə 100 000 əhaliyə 38.9 vərəm halından 2022-ci ildə 100 000 əhaliyə 28 vərəm halınadək azalma) müşahidə olunur: “Bu azalma tendensiyası ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir”.

 

Beynəlxalq konfransda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının direktoru Rəşid Bədəlovun, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş mütəxəssisləri Valentina Aksenova, Lyudmila Şovkun və digərlərinin məruzələri dinlənilib.

 

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 8 DTT kredit balı ilə qiymətləndirilib.

 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır