STM-in tibb müəssisələrində mülki müdafiə məşqləri təşkil olunur 
03.03.2023 14:02

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan tibb müəssisələrində Tədbirlər Planına uyğun olaraq "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda rəhbər heyətin mülki müdafiə məşqləri keçirilir.

 

STM-dən Aztibb.az-a verilən xəbərə görə, növbəti belə məşq Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası şöbəsində (TTTYS) keçirilib.


Mülki müdafiə məşqi 4 siqnal üzrə həyata keçirilib.
İlk siqnalda zəlzələ nəticəsində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qarajında dağıntılar və tələfatın olduğu bildirilib. TTTYS-in həkimi Çiçək Cahangirova həyata keçirilən xilasetmə və təxliyyə işlərindən danışıb.


İkinci siqnalda isə baş vermiş zəlzələnin təsirindən Sumqayıt şəhər Etilen-polietilen zavodunda 5 tonluq xlor çəninin dağılaraq ətrafa yayıldığı və nəticədə kimyəvi zəhərlənmələr qeydə alındığı qeyd olunub. TTTYS-in həkimi Kamal Rzayev vurğulayıb ki, kimyəvi maddələrdən poliklinika şöbəsində zəhərlənənlər olub və onlar ağır vəziyyətdə münasib olan xəstəxanalara yerləşdirilib.

 

Üçüncü siqnal əsasında həyata keçirilən mülki müdafiə məşqində bildirilib ki, Hacı Zeynalabdin qəsəbəsinin "Kosmonavtlar" yaşayış massivində malyariya infeksion xəstəliyinin yayılması aşkarlanıb. TTTYS-in həkimi Nəzakət Əsədova ərazidə olan təhlükənin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb.

 

Sonuncu siqnalda isə zəlzələ nəticəsində stansiyanın ikinci mərtəbəsində elektrik xətlərində yaranmış qısa qapanmadan yanğın baş verdiyi qeyd olunub. TTTYS-in həkimi Vüsalə Mikayılova bildirib ki, hadisə yerinə dərhal yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğın zamanı xəsarət alanlar və tüstüdən zəhərlənənlər münasib olan xəstəxanalara yerləşdirilib.


Sonda məşqin təhlili aparılıb, gələcəkdə atılacaq addımlar diqqətə çatdırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib