3 mart – Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığı Günüdür
03.03.2023 09:36

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3 mart tarixini Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü kimi təyin edib.

 

Aztibb.az xəbər verir ki, həmin gün 2007-ci ildə ÜST tərəfindən qulaq və eşitmə qabiliyyətinin qorunması məqsədilə təsis edilib.

 

Beynəlxalq Qulaq və Eşitmə Gününün keçirilməsində əsas məqsəd ölkənin tibbi və könüllü təşkilatları ilə birlikdə eşitmə problemləri barədə və onların həlli istiqamətində əhalini maarifləndirməkdir. 

 

Eşitmə qabiliyyətini azaldan səbəblər çoxdur: qan-damar sistemi xəstəlikləri; infeksion xəstəliklər; travmalar (əsasən, məişət və nəqliyyat); toksiki təsirlər; ekoloji çirklənmələr; səs-küylər (telefon, mikrofonlar, səs gücləndirici cihazlar) və s. Həkimlərin rəyinə əsasən, baş verən karlıq və pis eşitmənin yarısını aradan qaldırmaq mümkündür.

 

Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığının qorunması, əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır