Azərbaycan və Kuba arasında səhiyyə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
01.03.2023 21:15

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Kuba Respublikasının ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda ilə görüşüb.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, görüşdə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı, ailə həkimi modelinin təkmilləşdirilməsi, biofarmasevtika istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 30 ildir Kuba ilə mövcud olan diplomatik əlaqələrin uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, ötən gün Prezident İlham Əliyevin Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi bunun bariz nümunəsidir.

 

İcraçı direktor son illər Azərbaycan və Kuba arasında səhiyyə sahəsində də ikitərəfli münasibətlərin dinamikasında fəallıq müşahidə edildiyini bildirib.

 

O, TƏBİB-in fəaliyyəti barədə ətraflı məlumat verərək ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində Kuba ilə səmərəli əməkdaşlığa diqqət çəkib. V.Qurbanov COVID-19-a yoluxmuş şəxslərin müalicəsi üçün Kuba Respublikasından dəvət olunmuş 236 nəfərdən ibarət tibbi heyətin TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəz, Yeni Klinika və Binəqədi Tibb Mərkəzinin tabeliyində qurulmuş Abşeron Olimpiya İdman Kompleksində uğurla fəaliyyət göstərdiyini xatırladıb.

 

İcraçı direktor bundan sonra da Kuba ilə səhiyyə sahəsində yeniliklər, təcrübə mübadiləsi, tibb personalı üçün təlimlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Xose Anxel Portal Miranda isə öz növbəsində pandemiya ilə mübarizə çərçivəsində Kubanın 58 tibbi briqadasının 57 ölkəyə ezam olunduğunu, onlardan Azərbaycana ezam olunan həkimlərin TƏBİB-lə bağlı yüksək təəssüratla geri döndüyünü vurğulayıb. Eyni zamanda, nazir “Ailə həkimi” modelinin Azərbaycanda təkmilləşdirilməsi üçün Kubanın öz təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Görüşün sonunda əməkdaşlıq üzrə texniki işçi qrupunun yaradılması qərara alınıb.

 

Qeyd edək ki, Kuba nümayəndə heyətinin tərkibində Kuba Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada İdarəsinin rəhbəri Cizela Qarsia Rivera, Kubanın ölkəmizdəki səfiri Karlos Enrike Valdes de la Konsepsyon təmsil olunublar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır