Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda olub
01.03.2023 10:25

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər ediblər.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

 

Nümayəndə heyəti Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.

 

Daha sonra rəsmilər Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasına, xəstəxana və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarına baxış keçiriblər.

 

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxovun iştirakı ilə baş tutan tanışlıq görüşündə bildirilib ki, NDU-nun Tibb fakültəsi üçün ayrıca bina, xəstəxana, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar mövcuddur.

 

Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanası və Doğum Mərkəzi, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Şahbuz Rayon Mərkəzi Xəstəxanası və kənd həkim ambulatoriyalarının fəaliyyətləri ilə tanış olublar.

 

Tibb müəssisələrində icbari tibbi sığorta sisteminin işləmə mexanizmi, sığorta çərçivəsində göstərilən tibbi xidmətlər və s. barədə qonaqlara məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır