Elmi seminar: “Biomüxtəliflik və bioresurslar”
01.03.2023 10:03

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biomüxtəliflik və bioresurslar” mövzusunda elmi seminar keçirilib. 

 

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutundan (Bİ) Aztibb.az-a bildirilib ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi və Bİ-nin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə institutun baş direktoru, professor Səyyarə İbadullayeva seminarın təşkilində əsas məqsədin Ulu Öndər Heydər Əliyevin Azərbaycan təbiətində qoyduğu irsi gənc nəsillərə çatdırmaq olduğunu bildirib. Qeyd edib ki, hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyinin birinci dövründə görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızda təbii sərvətlərin qorunması, yaşıllaşdırma proqramlarının gerçəkləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atıb.

 

Baş direktor 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətinə toxunaraq, sərəncamın Ümummilli Liderin həyat və fəaliyyətinin daha dərindən araşdırılması, öyrənilməsi baxımından vacibliyini vurğulayıb: "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan botanik alimləri Azərbaycanın Qırmızı kitabının III nəşrini məhz Ulu Öndərin 100 illiyinə töhfə vermək arzusundadır".

 

Səyyarə İbadullayeva bildirib ki, respublikamızda 1117 cinsə aid 4961 növ bitki müəyyən edilib. Ərazi erməni təcavüzünə məruz qaldığı illərdə qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar keçmiş kolxoz meşələri, 560 hektar arid meşə sahələri törətdikləri yanğınlar və dağıntılar nəticəsində ciddi ziyan görüb. Bütün bunlar Qarabağa və Zəngəzura Böyük Qayıdışdan sonra Azərbaycan alimlərinin qarşısında mühüm vəzifələr qoyur.

 

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini, b.ü.f.d. Vüqar Kərimov, Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA-nın vitse-perzidenti, akademik İradə Hüseynova, millət vəkili Kamilə Əliyeva, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, akademik Tariyel Talıbov və başqaları çıxış edərək tədbirin  bilomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində qarşıya qoyulmuş bir sıra mühüm məsələlərin həllinə töhfələr verəcəyini bildiriblər.

 

İki gün davam edən seminarda əlaqədar institutlardan olan elmlər doktorları, fəlsəfə doktorları, aspirant və magistrantlar müxtəlif mövzularda məruzə və posterlə çıxış ediblər. Mövzular ətrafında geniş müzakirələr aparılıb.

 

Sonda seminarın aktiv iştirakçılarına sertifikat təqdim olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır