Azərbaycan Pediatrlar Assosiasiyası Hindistanda “IPA 2023” konqresində təmsil olunub
28.02.2023 11:32

Hindistanın Qandinaqar şəhərində Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) 30-cu konqrensi və Hindistan Pediatriya Akademiyasının (PEDICON) 60-cı konfransı keçirilib.

 

Azərbaycan Pediatrlar Assosiasiyasınıdan (APA) Aztibb.az-a verilən xəbərə görə, Hindistan 46 ildən sonra ilk dəfə  “IPA 2023” konqresinə ev sahibliyi edib.

 

Beynəlxalq tədbirə 500-ə yaxın beynəlxalq nümayəndə, dünyanın aparıcı tibb jurnallarının redaktorları, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının xüsusi nümayəndələri qatılıblar.  Yerli və xarici pediatrlar qlobal səhiyyə mövzuları, o cümlədən yeni tədqiqatlar, innovasiyalar, qabaqcıl texnologiyalar və tibbi avadanlıqlar, pediatriyanın üzləşdiyi problemlər, onların həlli yollarını müzakirə ediblər.

Bundan əlavə, IPA və PEDICON-nun təqdimatında dünyanın bir çox ölkələrindən ən son innovasiyalar – yeni texnologiyalar, qabaqcıl tibbi alətlər və avadanlıqlar nümayiş etdirilib.
 

Konqresdə Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, ATU-nun dosenti Təranə Tağı-zadə və Azərbaycan Pediatrlar Assosiasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov məruzə ilə çıxış ediblər.

Azərbaycanlı nümayəndələrin məruzələrində əsas mövzu genetik testlərin aparılmasında etik problemlərlər, eləcə də tədqiqat aparan şəxslərin xəstələrə etik yanaşmasına həsr olunub.

Həmçinin məruzələrdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycanda səhiyyə və uşaq sağlamlığına göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, vətəndaşların sağlamlığının təmin edilməsi istiqamətində atılan addımlardan, əhalinin müasir səhiyyə xidmətləri ilə təmin olunması yönündə icra olunan layihələrdən danışılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır