Bütün dünyada qadağan olunan Analgin -  Niyə hələ də satılır?
27.02.2023 13:01

Analgin qan üçün çox təhlükəli dərmandır və demək olar ki, bütün ölkələrdə qadağandır. Niyə bu dərman hələ də satılır və insanlar bundan zəhərlənir?

 

Aztibb.az "Arqumentı i Faktı" nəşrinin məlumatına əsasən xəbər verir ki, çox vaxt Analginin aktiv maddəsi olan metamizolun və onunla birlikdə kompleks preparatların təhlükəli olduğunu yazırlar. Bu preparatlar ağ qan hüceyrələrinin (leykositlər) sayının azalmasına, immunitet sisteminin zəifləməsinə və infeksiyaların inkişafına və s. gətirib çıxarır.  

 

Rusiyalı alim, tibb elmləri doktoru, professor Pavel Vorobyov bildirib ki, bəzi insanlar bu dərmanın təsirinə həssasdır. Ancaq əks reaksiyaya səbəb ola biləcək bir çox dərman var. Onların arasında digər ağrıkəsicilər və qızdırmasalıcı dərmanlar, antibiotiklər, yuxu həbləri, vərəm, trombosit əleyhinə dərmanlar yer alır və heç kim onları qadağan etməyi belə ağlına gətirməyib.  

 

“Niyə onların arasından yalnız Analgini seçdilər, hətta bəzi ölkələrdə qadağan etdilər.  Bu ucuz və təsirli dərmanı əsasən Şərq ölkələri istehsal edirdi və bir çox ağrıkəsici dərmanlarla rəqabət aparırdı”,– deyə professor qeyd edib. 

 

Alim vurğulayıb ki, ilk növbədə Parasetamol bir çox cəhətdən Analgindən daha pisdir, hepatotoksik təsir göstərir, qaraciyər üçün zərərlidir. Həddindən artıq dozada xəstə təcili qaraciyər transplantasiyasına məruz qalmadığı təqdirdə ölümünə səbəb olur. Belə hallar çoxdur. Lakin dərman şirkətlərinə yaxşı dividendlər gətirdiyi üçün Parasetamolun qadağan olunacağı belə düşünülmür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır