200-dən çox şəhid ailəsi və Vətən müharibəsi veteranı ödənişsiz kardioloji tibbi müayinələrdən keçirilib
25.02.2023 17:05

Şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil edilir.

 

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutundan Aztibb.az-a bildirilib ki, müəssisə tərəfindən Tərtər rayonunda şəhid ailələri və Vətən müharibəsi veteranları üçün növbəti tibbi-maarifləndirici aksiya keçirilib.

 

TƏBİB-in tabeliyindəki Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş tutan aksiya zamanı Tərtər, Ağdam və Bərdə rayonlarından olan 200-dən artıq şəhid ailəsi və Vətən müharibəsi veteranı ödənişsiz kardioloji tibbi müayinələrdən keçirilib. Onlar, həmçinin EXO KQ, EKQ, nevroloji və endokronoloji müayinə də olunublar. 

 

Qeyd edək ki, aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Tərtər İcra Hakimiyyəti, Tərtər Rayon Mərkəzi Xəstəxana və “Servier” dərman şirkətinin dəstəyi ilə keçirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır