Xocalı faciəsi bütün insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir
24.02.2023 16:24

Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən olan Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə siyasətinə xidmət edirdi.

 

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutundan Aztibb.az-a verilən xəbərə görə, bu fikirləri institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov müəssisədə Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar keçirilən tədbir zamanı deyib.

 

O, xalqımızın qan yaddaşına əbədi həkk olan Xocalı faciəsini bütün insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət adlandırıb. Baş direktor bu faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının, eləcə də qan yaddaşımızın unudulmaması üçün anım tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Daha sonra institutun Sənədlərlə iş şöbəsinin müdiri, Qadınlar şurasının sədri Əsmər Məmmədova çıxış edərək ermənilərin Xocalıda törətdikləri qanlı cinayətlərdən, Xocalı soyqırımının təfərrüatlarından, bu soyqırımın dünya xalqlarına  tanıdılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın Ali Baş Komandan ətrafında “dəmir yumruq” kimi birləşməsi sayəsində haqq-ədalət bərqərar olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır