Rəqəmsal sağlamlıq məqsədli yeni altsistem hazırlanıb
24.02.2023 14:53

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vahid Səhiyyə İnformasiya sisteminin “Elektron Epikriz” altsistemi hazırlanıb.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumatda bildirilir ki, yeni altsistem ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş səhiyyənin transformasiyası təşəbbüsü çərçivəsində və rəqəmsal sağlamlıq vasitələrinin tətbiqinin genişləndirilməsi məqsədilə yaradılıb.

 

Göstərilən tibbi xidmətlərin effektiv informasiya dəstəyinin və keyfiyyətinin artırılması üçün hazırlanan “Elektron Epikriz”dən artıq səhiyyə işçiləri istifadə edə bilərlər.

 

Tezliklə “e-Səhiyyə” kabinetində və mobil tətbiqdə vətəndaşların istifadəsinə veriləcək sistem həkimin elektron imzası ilə təsdiqlənir. Çap edilmiş sənədin həqiqiliyini üzərindəki QR-kodu vasitəsilə yoxlamaq mümkündür.

 

Yeni altsistem vətəndaşların xəstəlik tarixlərindən çıxarışların vahid elektron reyestrinin yaradılması, aparılması və saxlanılmasını təmin edir, məlumat sorğuları əsasında fərdi tibbi məlumatların axtarışını və verilməsini standartlaşdırır. Bu, həm də xəstəliklə bağlı retrospektiv məlumatların olmaması səbəbindən həkim səhvi ehtimalını minimuma endirəcək.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır