STM-də Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
25.02.2023 09:10
Sumqayıt Tibb Mərkəzində (STM) Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.
STM-dən Aztibb.az-a verilən xəbərə görə, öncə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Səkinə Sadıxova tədbirdə çıxış edərək xalqımızın qan yaddaşına əbədi həkk olmuş Xocalı faciəsindən danışıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək çoxlu sayda mülki əhalini, əsasən də uşaq və qadınları qətlə yetirdiyini diqqətə çatdırıb.
Amansız qətliamın miqyası və dəhşətləri barədə məlumat verən direktor ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini bildirib.
O, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən dövlət tədbirlərindən və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görülən işlərdən danışıb. S.Sadıxova vurğulayıb ki, illərlə bu soyqırımı cinayəti əsl beynəlxalq hüquqi-siyasi qiymətini almasa da, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Ordusununn qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərlə tarixi ədalət bərpa edilib və şəhidlərimizin qanı yerdə qalmayıb.
Tədbirdə Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıxov, Vərəm Xəstəxanasının baş həkimi Asif Quliyev, Ümumi şöbənin müdiri Aynur Həsənova və Xəstə xidmətləri şöbəsinin müdir müavini Nərgiz Cəmilzadə çıxış edərək Azərbaycan tərəfindən Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu tip cinayətlərin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı zəruri tədbirlərin görüldüyünü bildiriblər.
Sonda Xocalı soyqırımı dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

