İsmayıl Əfəndiyev Özbəkistanda kimyəvi təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində Azərbaycan təcrübəsini bölüşüb
24.02.2023 10:37
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq seminarda ekspert qismində iştirak edib.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil edilmiş seminar “Zəhərlənmələrə nəzarət mərkəzləri: yaradılmasının üstünlüyü və əsas elementləri” mövzusuna həsr olunub.
 
Tədbirdə İsmayıl Əfəndiyev əhalinin kimyəvi təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində Azərbaycanın zəngin təcrübəsini bölüşüb. Bildirib ki, zəhərlənmələrə nəzarət mərkəzinin yaradılması əhalinin və müvafiq sahələrin mütəxəssislərinin müasir dövrdə təhlükəli kimyəvi maddələr, narkotik və psixotrop vasitələr, eləcə də kontrafakt dərman vasitələri barədə maarifləndirilməsinə, kimyəvi risklərin qiymətləndirilməsinə geniş imkanlar açır.
 
Sonda o, çoxsaylı sualları cavablandırıb.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır