Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında Laçında aparılmış radioekoloji monitorinqlərin nəticələri təqdim olunub
24.02.2023 10:02

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib.

 

AMEA-dan Aztibb.az-a verilən xəbərə görə, Akademiyanın vitse-prezidenti, akademik İradə Hüseynova İşçi qrupun iclasında çıxış edib.

 

Tədbirdən öncə Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına “Qırmızı kitab”a düşmüş çay qızılxallısı (qızılxallı forel) balıqları buraxılıb.

 

İclasda müvafiq qurumlar tərəfindən görülmüş işlər təqdimatları dinlənilib, müzakirələr aparılıb.

 

Akademik İradə Hüseynova çıxışında torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağa “Elmin Böyük Qayıdışı” üçün şəraitin yarandığını, ötən dövr ərzində alimlər tərəfindən regionda bioloji və radioekoloji monitorinqlərin həyata keçirildiyini, torpaq və su resurslarının tədqiq edildiyin bildirib. Qeyd edib ki, monitorinq Laçın rayonunu da əhatə edib.

 

Laçın rayonunun bioloji müxtəlifliyi, flora və faunası, “Qırmızı kitab”a düşmüş və arealları içərisində Laçın rayonunun da olduğu növlər barədə məlumat verən vitse-prezident monitorinqlərin nəticələri ilə toplantı iştirakçılarını tanış edib.

 

O, Laçın rayonu ərazisində 2021-2022-ci illərdə bir neçə dəfə aparılmış radioekoloji monitorinqlərin nəticələri barədə də məlumat verib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır