Əməkdar həkim Cabir Məmmədov - Peşəkar həkimlərimizi tanıyaq!
23.02.2023 16:58

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 

Rubrikamızda bu dəfə 50 illik iş təcrübəsinə malik təcrübəli kardioloq, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi terapiya şöbəsinin müdiri, Əməkdar həkim Cabir Məmmədov haqqında məlumatları diqqətinizə çatdırırıq. 

 

Cabir Məmmədov 12 iyun 1950-ci ildə anadan olub. 1972-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. 1972-1975-ci illərdə əlahiddə hərbi batalyonda tibbi xidmət rəisi olub.
 
O, 1975-1980-cı illərdə təcili yardım stansiyasında həkim, sahə terapevti işləyib. 1980-1984-cü illərdə Quba Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini, 1984-1985-ci ilərdə Alpan kənd xəstəxanasında həkim, 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq vəzifələrində çalışıb. Cabir Məmmədov 1996-cı ildən Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi terapiya (Kardiologiya, Terapiya) şöbəsinin müdiridir.
 
Peşəkar həkim ali ixtisas dərəcəsi alıb, “SSRİ səhiyyə əlaçısı” döş nişanına layiq görülüb. 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub, 2018-cü ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
 
Cabir Məmmədov rayonun ictimai həyatında da fəal iştirak edir. O, partiya təşkilat katibi, Quba Rayon Tibb İşçiləri Həmkarlar İttifaqının sədri, komitə üzvü, dəfələrlə Məntəqə Seçki Komissiyasının üzvü, sədri, Dairə Seçki Komissiyaslnın üzvü və rayon sovetinin deputatı olub.
 
Hazırda Quba Rayon Ağsaqqallar Şurasının və YAP-nın üzvüdür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır