Teymur Musayev: "Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə görüşləri əlaqələrin inkişafına təkan verir"
23.02.2023 16:32

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir. Səhiyyə sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşmanın və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Bunu nəzərə alaraq, Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, bu  fikirləri səhiyyə naziri Teymur Musayev Dünya Bankının Avropa və Mərkəzi Asiyanın İnsan İnkişafı üzrə regional direktoru Fadia Saadahla görüşü zamanı deyib.

 

Teymur Musayev qeyd edib ki, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə görüşləri bu əlaqələrin inkişafına təkan verir.

 

Görüşdə Fadia Saadah təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, ölkəmizə səfərinin məqsədi insan kapitalının inkişafı ilə bağlı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində Dünya Bankının Azərbaycan hökumətinə göstərdiyi potensial dəstəyin müzakirəsidir.

 

Sonda əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb