Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
23.02.2023 16:05

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqırımının 31-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. 

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

 

Tədbirdə tibb müəssisəsinin direktoru Ağabala Kəlbiyev Xocalıda baş verənlərin XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu və xalqımızın yaddaşında dərin, sağalmaz iz buraxdığını vurğulayıb.

 

Direktor qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı düşmən işğalından azad edərək Xocalı faciəsi qurbanlarının qisasını alıb. 

 

Tədbirdə digər çıxış edənlər bildiriblər ki, Xocalı faciəsi təsadüfi hadisə deyil, soyqırımı törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyiblər. Vurğulanıb ki, dövlətimiz tərəfindən soyqırımın dünyada tanıdılması sahəsində mühüm addımlar atılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır