Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yeni təyinatlar olub
22.02.2023 17:25
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yeni təyinatlar olub.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, Ruslan Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini təyin edilib. R.Əliyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsində Pensiya sektorunun müdiri vəzifəsində çalışıb.
 
Anar Məmmədov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri təyin olunub. O, bundan əvvəl Akademik Z. Məmmədov adına xəstəxananın uzman həkim-uroloqu kimi fəaliyyət göstərib.
 
Əmiralı Yusifov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Kardioloji xəstəxananın rəhbəri vəzifəsinə təyin olunub. Ə.Yusifov bundan əvvəl adıçəkilən tibb müəssisəsinin rəhbəri vəzifəsini icra edib.
 
Eyni zamanda, Vüqar Qurbanovun əmri ilə Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri vəzifəsini icra etmək Azad Quliyevə həvalə olunub. O, bundan əvvəl Abbas Səhhət adına xəstəxanada həkim-cərrah işləyib.
 
Bu gün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov yeni təyinatları kollektivə təqdim edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır