Agentliyin və TƏBİB-in nümayəndə heyəti NDU-nun Tibb fakültəsinin iş şəraiti ilə tanış olub  
22.02.2023 16:26
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və TƏBİB-in nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub.
 
Bu barədə Aztibb.az-a NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxovun iştirakı ilə baş tutan tanışlıq prosesində qonaqlara ali təhsil müəssisəsinin Tibb fakültəsi haqqında məlumat verilib.
 
Bildirilib ki, 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə mütəmadi olaraq dövlət dəstəyi göstərilir. Bu gün Tibb fakültəsi üçün ayrıca bina və xəstəxananın mövcudluğu bu sahədə peşəkar kadr hazırlığına öz töhfələrini verməkdədir. Eyni zamanda, tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, universitetin beynəlxalq layihələrdə iştirakı qonaqların diqqətinə çatdırılıb.
 
Qeyd edilib ki, müasir avadanlıqlarla zəngin laboratoriyalarının qurulması fakültənin tədris imkanlarını daha da artırır. Tibb fakültəsinin məzunları nəinki Naxçıvanda, hətta onun hüdudlarından kənarda – Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafında mühüm rol oynayırlar.
 
Qonaqlar fakültədə fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əczaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki laboratoriyaları ilə tanış olublar.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır