Alimlər: Zəlzələdən sonra Suriya və Türkiyədə vəba epidemiyası ola bilər 
22.02.2023 10:27

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrində yoluxucu xəstəliklərin yayılması riskinin artdığına işarə edən açıqlama yayıb. 

 

Aztibb.az ECDC-yə istinadən xəbər verir ki, təşkilat zərərçəkənlərin məruz qaldığı çoxsaylı xəsarətlərin müalicəsinin çətinliyini qeyd edir. Yaxın iki-dörd həftə ərzində infeksion xəstəliklərin olması təhlükəsinin narahatlıq doğura biləcəyini və zəlzələ nəticəsində dağılmış bölgələrdə vəba xəstəliyinin baş vermə ehtimalının yüksək olduğunu bildirir. 

 

Bundan əlavə, ekspertlər zərərçəkmişlər və düşərgələrdə qalanlar üçün xoşagəlməz mənzərəni, orada hepatit A, rotavirus kimi xəstəliklərin, eləcə də respirator infeksiyaların yayılmasının mümkünlüyünü qeyd edirlər. 

 

Bildirilir ki, fəlakət zonasında yoluxucu xəstəliklərin yayılmasına səbəb təmiz, içməli suya çıxışın məhdudlaşdırılması, qeyri-adekvat sanitar-gigiyenik şərait, qidanın qeyri-kafi saxlanması və hazırlanması ola bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır