STM-in 3 nömrəli şəhər xəstəxanasında mülki müdafiə məşqi keçirilib
21.02.2023 15:02
Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan tibb müəssisələrində Tədbirlər planına uyğun olaraq mülki müdafiə məşqləri keçirilir. Növbəti belə mülki müdafiə məşqi 3 nömrəli şəhər xəstəxanasında baş tutub.
 
Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib.
 
"Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda keçirilən mülki müdafiə məşqində STM-in Mülki müdafiə bölməsinin aparıcı mütəxəssisi Bənövşə Sayilova çıxış edərək bildirib ki, məşqin keçirilməsində məqsəd rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlər aşılamaqdır.
 
Xəstəxananın baş həkimi, Mülki müdafiə rəhbəri Elçin Quliyev şərti siqnalı verərək, məşqin başlanmasını elan edib.
 
Mülki müdafiə məşqi 3 siqnal üzrə həyata keçirilib.
 
İlk siqnalda zəlzələ nəticəsində 3 nömrəli şəhər xəstəxanasının binasında dağıntılar və tələfatın olduğu bildirilib. İkinci siqnalda baş vermiş zəlzələnin təsirindən Sumqayıt şəhər Etilen-polietilen zavodunda 10 tonluq xlor çəninin dağılaraq ətrafa yayıldığı və nəticədə kimyəvi zəhərlənmələr qeydə alındığı deyilib. Sonuncu siqnalda isə 3 nömrəli xəstəxananın elektrik xətlərində yaranmış qısa qapanmadan yanğın baş verdiyi vurğulanıb.
 
Çıxış edən xəstəxananın Mülki müdafiə qərargahının üzvləri hər 3 halda təhlükələrin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.
 
Sonda məşqin təhlili aparılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib