Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcrübəli cərrahı Asəf Fərzəliyev - "Həkimlərimizi tanıyaq!"
25.02.2023 10:13
Aztibb.az “Həkimlərimizi tanıyaq!” rubrikasında hər bir xəstəyə individual yanaşan Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcrübəli cərrahı, Cərrahiyyə şöbəsinin müdiri Asəf Fərzəliyevi təqdim edir:
 
Asəf Vahid oğlu Fərzəliyev 17 mart 1969-cu ildə Bərdə rayon Qaradəmirçilkər kəndində anadan olub. 1986-1994-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda Cərrahiyyə ixtisası üzrə təhsil alıb. 1995-ci ildə Bakı şəhər 5 nömrəli Klinik Xəstəxanada internaturanı Cərrahiyyə ixtisası üzrə bitirib.
 
O, 1995-1997-ci illərdə Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah işəyib. 1997-ci ildə Ukraynanın Xarkov şəhərində Ümumi və Təcili Cərrahiyyə üzrə ixtisasartırma kursu keçib. 1998-2003-cü illərdə Bərdə RMX-da ümumi cərrah vəzifəsində çalışıb.
 
Asəf Fərzəliyev 2003-2007-ci illərdə Bərdə RMX-də Cərrahiyyə şöbəsinin müdiri, 2007-2022-ci illərdə Bərdə RMX-da ümumi cərrah işləyib. 2022-ci ildən Tərtər RMX-da Cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır