STM-in rəhbərliyi Sumqayıtda “Heydər Əliyev İli”nə həsr olunan konfransda iştirak edib
21.02.2023 09:40
Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə Sumqayıtda “Heydər Əliyev İli” ilə əlaqədar konfrans keçirilib.
 
Sumqayıt Tibb Mərkəzindən (STM) Aztibb.az-a bildirilib ki, tədbirdə STM-in direktoru Səkinə Sadıxova, direktor müavinləri və tabeli tibb müəssisələrinin baş həkimləri də iştirak ediblər.
 
Konfransda STM-in direktor müavini Maisə İsmayılova “Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur” mövzusunda çıxış edib. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsini tarixi hadisə adlandırıb. Məruzəçi Ulu Öndərin şanlı ömür yolundan iftixar hissi ilə bəhs edib, respublikamızın bu gün də Heydər Əliyev siyasi kursu əsasında inkişaf etdiyini diqqətə çatdırıb.
 
Direktor müavini ölkəmizdə səhiyyənin inkişafının və tibbi kadrların hazırlanmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayıb, görkəmli şəxsiyyətin bu sahədə həyata keçirilən islahatlardan söz açıb.
 
Tədbirdə bir qrup partiya fəalı YAP Sumqayıt şəhər təşkilatı tərəfindən Fəxri fərmanlarla təltif edilib.
 
Təltif edilənlər arasında STM-in Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıxov, Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri, Əməkdar həkim Sehri Babayev də var.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır