Türkiyədə yenidən zəlzələlər olub, ölənlər və yaralananlar var - YENİLƏNİB
21.02.2023 03:12

Hatayın Defne və Samandağ rayonlarında baş verən yeni zəlzələlər nəticəsində 3 nəfər dünyasını dəyişib.

 

Aztibb.az-ın www.gazetevatan.com-a istinadla xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Nazir bildirib ki, təbii fəlakət nəticəsində 213 yaralanıb.

 

Hazırda axtarış-xilasetmə işləri davam edir. Vətəndaşlara riskli binalara girməmək barədə xəbərdarlıq edilib.

 

***

20 fevral 2023-cü il, 23:02

 

Türkiyənin Hatay əyalətində yenidən 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.

 

Aztibb.az www.milliyet.com.tr-yə istinadla xəbər verir ki, ilk zəlzələ yerli vaxtla saat 20:04-də Hatay vilayətində, digəri isə 3 dəqiqə sonra bu vilayətin Samandağ rayonunda baş verib. 

 

Yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.

 

Təbii fəlakət nəticəsində 1 nəfər vəfat edib, azı 8 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilmişdi. Daha sonra isə bu xəbərdarlıq ləğv edilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır