Tanınmış fotoqraf Ehtiram Cəbiyev ağciyərində yaranmış ciddi problemdən xilas olub - Kliniki Tibbi Mərkəzdə
20.02.2023 15:41
Dövlət xəstəxanaları arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə fotoqraf Ehtiram Cəbiyevə torokoskopik (qapalı-VATS) üsulla sağ ağciyərin üst payındakı bullaların sağlam ağciyər toxuması ilə birgə kəsilməsi və plevranın (ağciyəri örtən təbəqənin) soyulması əməliyyatı icra edilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, torokoskopik əməliyyat uğurla başa çatıb. Kliniki Tibbi Mərkəzin uzman torakal cərrahı Fəhmin Əmirovun sözlərinə görə, əməliyyat zamanı xəstədə hər hansı bir ağırlaşma qeydə alınmayıb:
 
"Pasiyent nəfəs darlığı, öskürək, sinə ağrısı şikayəti ilə KTM-ə müraciət edib. Rentgen müayinəsi nəticəsində ağciyərin sağ tərəfində spontan gərginlik pnevmotoraksının olduğu müşahidə edilib. Bu səbəbdən xəstə 15.02.2023 tarixində Torakal cərrahiyyə şöbəsinə yerləşdirilib. Şöbədə xəstənin sağ ağciyərinə plevral drenaj yerləşdirilib. Plevral drenaj prosedurundan sonra tomoqrafiya edilib. Tomoqrafiya nəticəsində sağ ağciyərin alt və orta payında tam atelektaziya, üst payında isə partlamış bulla aşkarlanıb. Plevral drenajdan hava qaçağı (air leak) davam etdiyi üçün trokoskopik əməliyyat planlaşdırılıb. Əməliyyat 38 dəqiqə davam edib və 2 ədəd 1 sm ölçüsündə kəsikdən uğurla icra olunub. Xəstə spontan tənəffüslə şöbəyə yerləşdirilib. Heç bir həyati təhlükəsi yoxdur".
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır