İş mühiti, işçilərin motivasiyası hər bir müəssisənin məhsuldarlığında ciddi rol oynayır
20.02.2023 12:19

Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova “Personalın motivasiyası” mövzusunda təlim keçirib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, təlimdə Xəstə xidmətləri şöbəsinin əməkdaşları iştirak ediblər.

 

Şöbə rəisi Gülşən İmanova qeydiyyat işinin səmərəliliyinin burada icra edilən bütün proseslər arasında qurulmuş qarşılıqlı əlaqəyə əsaslandığını deyərək, pasiyentlərə xidmətin göstərilməsində personalın mühüm rolundan danışıb. İş mühiti, işçilərin motivasiyası hər bir müəssisənin məhsuldarlığında, uğurlarında çox ciddi rola malikdir.

 

Eyni zamanda, Gülşən İmanova işçi heyətinin motivasiyasında istifadə edilən müxtəlif metodlar barədə ətraflı məlumat verib. Bu metodlara ixtisasartırma kursları, təcrübə mübadiləsi proqramları, usta dərsləri, işçi heyət arasında təşkil olunan müsabiqələr, iş və istirahət üçün əlverişli şəraitin yaradılması aiddir.

 

Təlimin sonunda Gülşən İmanova təlim iştirakçılarının suallarını cavablandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır