Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim və orta tibb heyəti üçün təlim təşkil olunub
19.02.2023 20:16

Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim və orta tibb heyəti üçün “Tənəffüs və Ürək Dayanmalarda Təməl Həyata Dəstək və Təkmil Kardiovaskulyar Həyata Dəstək” tədbirləri çərçivəsində Amerika Ürək Assosiasiyasının BLS və ACLS protokolu üzrə təlim keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təlim bu tibb müəssisəsi və "Medic School Training Center” tərəfindən təşkil olunub.

 

Təlimdə Amerika Ürək Assosiasiyanın beynəlxalq sertifikatlı təlimçiləri körpələrdə və böyüklərdə huşun qiymətləndirilməsi, ürək dayanmalarında CPR (ürək ağciyər reanimasiya) tədbirləri, AED (avtomatik xarici defibrilyator) cihazından istifadə qaydaları, tənəffüs dayanmalarında ilkin müdaxilələr, döş ağrılarının idarə olunması və s. mövzular üzrə iştirakçılara ətraflı məlumat veriblər.

 

Əsas məqsəd tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

 

İştirakçılar tərəfindən maraqla qarşılanan təlimdə tibb işçilərinin intensiv praktiki bacarıqlarını təkmilləşdirmək məqsədilə ən son protokollara cavab verən xüsusi tibbi avadanlıqlardan istifadə olunub.


Təlim mərkəzi adından xəstəxanaya və iştirakçılara xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır