Türkiyənin səhiyyə naziri: "Zəlzələdə yaralanan 10 min 601 nəfər əməliyyat edilib"
19.02.2023 09:35

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Hataydakı Koordinasiya Mərkəzində çıxışı zamanı zəlzələdə yaralanan 21 min 859 nəfərin xəstəxanalarda müalicəsinin davam etdiyini bildirib. O, bölgədə və digər vilayətlərdə sağlamlıq imkanları baxımından heç bir problemin olmadığını söyləyib.

 

Aztibb.az-ın www.yenicaggazetesi.com.tr-yə istinadla xəbərinə görə, nazir ölkədə hələlik epidemiya təhlükəsinin olmadığını vurğulayıb.

 

F.Koca 13 mini həkim olmaqla 19 min nəfərin fəlakət bölgəsində xidmət etdiyini bildirib: "Səhiyyə Nazirliyinin rayon üzrə şəxsi heyətinin sayı təqribən 140 min nəfərdir. Başqa sözlə, nazirliyimizin təxminən hər 8 müvafiq personalından biri təbii fəlakət zonasındadır. Bu gün zəlzələ nəticəsində xəstəxanalara yerləşdirilən xəstələrin sayı 6 min 108-dir. Ümumi stasionar xəstələrin sayı 21 min 859-dur. Dünən evə buraxılan 1607 xəstə ilə birlikdə evə buraxılan xəstələrin ümumi sayı 13 min 612-dir. Təkcə dünən 902 cərrahi əməliyyat icra olunub. Zəlzələnin baş verdiyi ilk gündən həyata keçirilən əməliyyatların sayı isə 10 min 601-dir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır