Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı yeni layihənin icrasına başlanılıb
17.02.2023 20:22

“Autizm Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində məişət zorakılığının profilaktikası və bu kimi ailələrdə sosial rolların düzgün bölüşdürülməsinin təşviq edilməsi” layihəsinin icrasına başlayıb.

 

İctimai Birlikdən Aztibb.az-a verilən xəbərə görə, cari ilin 1 fevral - 1 iyun tarixlərində icra ediləcək layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verməsi mümkün ola bilən məişət zorakılığı hallarının profilaktikasına və valideynlər arasında sosial rolların düzgün bölüşdürülməsinə nail olmaqdır. Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verən zorakılıq halları öyrəniləcək və onların qarşısının alınması yolları araşdırılacaq, həmin kateqoriyadan olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində və ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların təşviq edilməsi üçün maarifləndirmə tədbirləri keçiriləcək.

 

Layihənin icra qrupu xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində, ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların bərqərar olunması barədə metodik tövsiyə nəşr etdirəcək.

 

Bundan başqa, layihənin hədəf qrupları üçün xüsusi qayğıya ehtiyacı olan şəxslərin bölgüsünə uyğun olaraq 4 mövzuda tematik təlimlər keçiriləcək və həmin şəxslərin ailələrində reabilitasiya işinin düzgün aparılması üçün psixoloji dəstəyə ehtiyacı olan ən azı 100 nəfər valideynə psixoloji məsləhətlər veriləcək.

 

Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı işləyən qeyri-hökumət təşkilatları, özəl mərkəzlər və müəssisələrlə sıx əməkdaşlıq təşkil olunacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır