Vüqar Qurbanov Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri ilə görüşüb
17.02.2023 19:13

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov və sədr müavini Yeganə Tağıyeva ilə görüşüb.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, görüşdə Birliyin İcraçı direktorunun müavini Anar İsrafilov və müşaviri Pərvin Əkbərov da iştirak ediblər.

 

Görüş zamanı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov TƏBİB-in İcraçı direktoruna son iki il ərzində birgə əməkdaşlıq nəticəsində pasiyentlərin müalicə keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

 

Eyni zamanda, görüşdə Assosiasiyanın cari 2023-cü ilə aid “Fəaliyyət planı” təqdim edilib və cari il ərzində görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

 

Qeyd edilib ki, 2023-cü ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının TƏBİB-lə bərabər 28 fevral Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş elmi simpoziumunun, 17 aprel Dünya Hemofiliya Gününə həsr edilmiş elmi konfransın təşkili, regionlarda tibb işçiləri üçün qanın laxtalanma pozğunluğuna dair seminarların təşkili, pasiyent advokasiyasına dair beynəlxaq konfransın təşkili və digər maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib