Dünyada orta hesabla hər on nəfərdən biri koronavirusa yoluxmuş ola bilər - ÜST-dən xəbərdarlıq
06.10.2020 09:07

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, dünya əhalisi arasında orta hesabla hər on nəfərdən biri koronavirusa yoluxmuş ola bilər. 

 

Maykl Rayanın sözlərinə görə, bu, rəsmi olaraq 35 milyon yoluxmanın fonunda “kölgə“ rəqəminin təxminən 700 milyon nəfərə bərabər olması deməkdir. Əhali arasında artıq yoluxmuş insanların sayı ölkədən-ölkəyə dəyişdiyi kimi, burada şəhər-əyalət tənasübü, eləcə də sosial qrup fərqləri də mövcuddur. “Kölgə“ rəqəminin belə yüksək olmasına baxmayaraq, dünya əhalisinin olduqca böyük bir hissəsi koronavirusa yoluxmaq təhlükəsi ilə üzləşə bilər. Bir dəfə virusa yoluxmuş şəxsdə hansı müddətə təkrar yoluxmaya qarşı immunitet olması da qəti şəkildə tədqiq edilə bilməyib.

 

ÜST-ün psixi sağlamlıq üzrə direktoru Devora Kestel pandemiyanın insanlara psixi təsirləri barədə də xəbərdarlıq edib. Qeyd edilib ki, 130 ölkə üzrə aparılan rəy sorğusunda bu ölkələrin 83 faizi pandemiyaya reaksiya planlarına psixi sağlamlıq tədbirlərinin daxil edildiyini təsdiqləsə də, ölkələrin yalnız 17 faizi bu istiqamətdə büdcə vəsaitləri ayırıb.

 

Psixikanın COVID-19-un unudulmuş aspekti olduğunu bildirən ekspert yaxınlarının vəfatı, tənhalıq, gəlirlərin itirilməsi və yoluxma qorxusunun insanlarda psixi xəstəliklərə tutulma ehtimalını artırdığını və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb olduğunu diqqətə çatdırıb. İnsanların bir çoxunun bu kimi gərgin vəziyyətlərdə alkoqol və narkotik vasitələrə üstünlük verməsi, yuxusuzluq və qorxu keçirməsi onların problemini daha da dərinləşdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır