ÜST: Pandemiya davam etdikcə psixi pozuntulardan əziyyət çəkənlərin sayı da artacaq
06.10.2020 08:54

COVID-19 pandemiyası şəraitində getdikcə daha çox insanda psixoloji dəstəyə ehtiyac yaranır. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu dəstəyi əldə etmək imkanları isə getdikcə azalır. İyun-avqust aylarında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən keçirilmiş sorğuda iştirak edən ölkələrin 93 faizində psixoloji yardım proqramları bu və ya digər dərəcədə ləğv edilib.

 

“Yaxşı psixi sağlamlıq insanın ümumi sağlamlığının və rifahının rəhnidir. Bütün dünyada COVID-19 kritik psixoloji yardımın göstərilməsini məhz onun vacib olduğu anda pozdu”, – deyə ÜST–nin Baş direktoru Tedros Qebreyesus qeyd edib. O, hökumətləri pandemiya dövründə də, gələcəkdə də həyati vacib psixoloji yardım proqramlarını dəstəkləməyə çağırıb.

 

Hazırkı tədqiqat bu qəbildən olan ilk sorğudur və 130 ölkəni əhatə edir. Onun məqsədi COVID-19 pandemiyasının əhaliyə psixi yardım xidmətlərinə necə təsir göstərdiyini və hökumətlərin bu sahəni gücləndirmək üçün hansı tədbirləri həyata keçirdiyini öyrənmək idi.

 

Ölkələrin 60 faizindən çoxu əhalinin xüsusilə zəif qruplarına - uşaq və yeniyetmələrə, yaşlı insanlara, hamilələrə yönəlmiş məsləhət və psixoterapiya proqramlarını pozmalı olduqlarını bildirib.

 

Dövlətlərin üçdəbirindən çoxu fövqəladə hallarda belə tam yardım göstərə bilmir. Ölkələrin 65 faizi narkotik aludəçiləri üçün zərərin azaldılması proqramlarını davam etdirə bilmir.

 

Ölkələrin üçdəbiri zehni və nevroloji xəstəlikləri olan insanlar üçün dərman almaqda çətinliklər olduğunu bildirib. Ölkələrin böyük əksəriyyətində (75 faizdən çox) məktəblərdə və iş yerlərində psixoloji xidmətlər müəyyən qədər kəsilib.

 

ÜST pandemiya dövründə psixoloji yardım daxil olmaqla səhiyyə xidmətlərinin necə aparılması ilə bağlı tövsiyələr hazırlayıb. Mütəxəssislər bunun ümumi bərpa planlarına daxil edilməsini və müvafiq olaraq lazımi vəsaitin ayrılmasını təklif edirlər. Bu günə qədər ölkələrin 89 faizi zehni sağlamlığı milli planlara daxil etdi, ancaq yalnız 17 faizi bu proqramlar üçün lazımi maliyyəni təmin edib.

 

COVID-19-dan əvvəl aparılan qiymətləndirmələrə görə, yalnız depressiya və narahatlıq sindromu nəticəsində dünya iqtisadiyyatı hər il trilyon dollar itirir. Belə halların müalicəsinə sərf olunan hər dollar beş dollar gəlir gətirir. ÜST bildirir ki, pandemiya davam etdikcə psixi pozuntulardan əziyyət çəkənlərin sayı da artacaq, buna görə psixi sağlamlıq sahəsinə təcili maliyyə dəstəyi göstərilməsi həmişə olduğundan daha vacibdir.

 

Yeni tədqiqatın nəticələri oktyabrın 10-da qeyd ediləcək Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində nəşr olunur. Həmin gün ÜST dünya liderlərinin, fəalların, məşhurların iştirakı ilə geniş miqyaslı onlayn tədbir təşkil edəcək. Tədbirin məqsədi problemə diqqət çəkmək, psixoloji və ya zehni problemləri olan insanlara dəstək vermək üçün vəsait toplamaqdan ibarətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır