Naxçıvan Diaqnostika Müalicə Mərkəzində UĞURLU ƏMƏLİYYAT
17.02.2023 12:20
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin mütəxəssis həkimləri tərəfindən tez-tez riskli və uğurlu əməliyyatlar icra olunur. Növbəti belə əməliyyatlardan biri də muxtar respublikada ilk dəfə olaraq amputasiya olunmuş baş barmağın mikrocərrahiyyə üsulu ilə replantasiyası (Hər hansı bir nəfərin bədəninin tamamilə əlaqəsi kəsilmiş üzvünün yenidən yerinə cərrahi üsulla tikilməsi) əməliyyatı olub.
 
Müalicə Mərkəzindən Aztibb.az-a veilən məlumata görə, qopmuş baş barmaq ucunun dəri dikişi olunmuş və amputasiyası məsləhət görülmüş xəstə müəssisəyə gətirilib. Barmağın amputasiya olunmadan yenidən bərpa olunması şikayəti ilə müraciət edən 35 yaşlı kişi pasientdə sol əl 1-ci barmaqdan balta ilə iki səviyədən kəsilərək yaralanma aşkar edilib.
 
Ortopedik müayinə zamanı mikrocərrahiyə üsulu ilə xəstənin barmağının təkrar birləşdirilməsi prosesinə qərar verilib. Əməliyyat təcrübəli travmatoloq-ortoped Anar Ələkbərovun rəbərliyi ilə icra olunub. 5 saat çəkən əməliyyat nəticəsində xəstənin qopan barmağı yenidən tikilərək bərpa edilib.
 
Müvəffəqiyyətlə icra edilən əməliyyat sonrası xəstə ambulator müalicəyə buraxılıb.
 
Sevindirici haldır ki, eplantasiyası olmuş barmaqda uyğun qan dövranı və funksiya əldə edilib. Hazırda xəstə nəzarətdə saxlanılır və sağalma periodu davam etməkdədir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır