“Lancet Planetary Health”: İqlim dəyişikliyi psixi sağlamlıq pozğunluqlarını artıra bilər 
17.02.2023 10:14

Araşdırmalar göstərir ki, həddindən artıq istilik, rütubət və digər iqlimlə əlaqəli hadisələr depressiya və narahatlıq kimi psixi sağlamlıq pozğunluqlarını artırır. 

 

Fevral ayında “Lancet Planetary Health”də dərc olunan araşdırma, dünyanın iqlimə ən həssas ölkələrindən biri olan Banqladeşdə iqlimlə əlaqəli və sosiodemoqrafik əlaqələri araşdıran məlumatları təqdim edib: “İqlimin psixi sağlamlığa necə təsir göstərə biləcəyi ilə bağlı tədqiqat digər xalqlar üçün xəbərdarlıq olmalıdır”. 

 

Bildirilib ki, iqlim dəyişikliyi pisləşdikcə, temperatur və rütubət artmağa davam edəcək, həmçinin ekstremal daşqın kimi təbii fəlakətlər psixi sağlamlığa pis təsir göstərəcək. 

 

Aztibb.az news-medical.net-ə istinadən xəbər verir ki, tədqiqatçılar bütün yuxarı yaş qrupları arasında depressiya və narahatlığa qarşı həssaslığın artdığını müəyyən ediblər. Xüsusilə qadınlarda depressiyaya daha çox həssaslıq müşahidə olunub. 

 

“İqlimin pozulmasının fiziki təsirləri daha çox diqqəti cəlb edir. Psixoloji yüklər çox vaxt gizli qalır, şüursuz şəkildə insanların həyatının hər bir sahəsinə sızır və tədricən psixi gərginlik artır. Məlumatlılığın az olması səbəbindən onları müalicə etmək olduqca çətindir”, ­– deyə İqlim Psixiatriya Alyansının həmtəsisçisi Liz Van Sasteren bildirib. 

 

Qeyd edib ki, belə tədqiqatlar iqlim böhranının çətinliklərini yaşayan insanların sağlamlığı və gələcəyi üçün yüksək qiymətləndirilməlidir. Çünki ətraf aləmdə fırtınalar nə qədər pis olsa da, içimizdə yaranacaq fırtınalardan daha pis ola bilməz.  

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır