"Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib
16.02.2023 17:24
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib.
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, konfrans Səhiyyə Nazirliyi, İSİM, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunub.
Konfransı giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən islahatlarda ana və uşaq problemlərinin həlli ön sıralarda yer alır. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi müvafiq dövlət qurumları və təşkilatlarla əməkdaşlıq çərçivəsində mütəmadi olaraq, reproduktiv sağlamlığın qorunması istiqamətində xüsusilə gənclər arasında geniş maarifləndirmə aparır. Eyni zamanda, İSİM tərəfindən sübutlu təbabət prinsiplərinə əsasən hazırlanan klinik protokollar əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə, doğru qiymətləndirmə və monitorinq işinin aparılmasına, səhiyyə siyasətini müəyyən etməyə öz töhfəsini verir.
Qəhrəman Haqverdiyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi metodologiya üzrə ölkəmizdə keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC), STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair ölkə ərazisində aparılan tədqiqat, ötən il 2022-ci ildə aparılan ÜST Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı, o cümlədən səhiyyə, təhsil və demoqrafik siyasətdə rast gəlinən problemlərin həllində mühüm əhəmiyyət kəsb edən Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) və əldə olunan nəticələr barədə məlumat verib.
Daha sonra Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili sektorunun müdiri Aynurə Zeynalova çıxış edərək ana və uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlərdən söz açıb. Bildirib ki, doğuşayardım və perinatal yardımın regionlaşması üç səviyyəli prinsip əsasında təşkil edilərək regional perinatal mərkəzlər yaradılıb və müasir avadanlıqlarla təchiz olunub. Bu, respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaradıb.
Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevil Mikayılova dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsinin hər zaman prioritet olduğunu qeyd edərək bildirib ki, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi, onların rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən daim ardıcıl işlər görülür, mühüm qanunlar qəbul edilir və bu sahədə islahatlar davamlı olaraq aparılmaqdadır.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova isə çıxışında vurğulayıb ki, olkə rəhbərliyinin səhiyyənin bütün sahələrinə xüsusi diqqəti sayəsində tibbin bütün sahələrində olduğu kimi reproduktiv sağlamlıq sahəsində də yeni islahatlar aparılıb, müalicə və diaqnostik imkanlar genişləndirilib.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev fondun ölkəmizdə reproduktiv sağlamlıq xidmətlərinin keyfiyyətinin yaxşıladırılması istiqamətində gördüyü işlər barədə məlumat verərək, regionda reproduktiv sağlamlıq üzrə vəziyyətin analizi və statistik rəqəmləri nəzərə çatdırıb.
Konfransda Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Təhsil müəssisələrində reproduktiv sağlamlığın təşviqi və mühafizəsində prioritet və hədəflər" mövzsunda çıxış edərək bildirib ki, şagirdlər arasında sağlam həyat tərzi, reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmənin aparılması məqsədilə Elm və Təhsil Nazirliyi, İSİM və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə 8-9-cu sinif şagirdləri üçün reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait hazırlanıb. Müşavir qeyd edib ki, bu il 8 fevral tarixindən etibarən bütün təhsil müəssisələrinə çatdırılması və vailideynlərin lazımi səviyyədə məlumatlandırılması, müvafiq təlimatlarla məşğələlərin keçirilməsinə nəzarətin təmin edilməsi kimi məsələlər nəzərdə tutulur.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov “Qadınların reproduktiv sağlamlıqla bağlı hüquqlarına müasir baxış və beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edib. O, ölkəmizdə ali qanunvericiliyin qadınlar, uşaqlar üçün böyük imkanlar yaratdığını, onların hüquq və azadlıqlarının qorunması istiqamətində ciddi tədbirlər görüldüyünü, eyni zamanda qadınların sosial durumunun yaxşılaşdırılması və ictimai fəallıqlarının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, dosent, tibb üzrə fəlsəfə doktoru Aynura Əmirova isə reproduktiv sağlamlıq sahəsində milli strategiya üçün prioritet və hədəflər, antenatal qayğının təşkilinə müasir yanaşmalar və beynəlxalq təcrübədən söz açıb, mamalıq və ginekologiya sahəsində dünya elmində olan yeniliklər, müalicə və profilaktika sahəsində olan aktual hədəfləri diqqətə çatdırıb.
BMT-nin Uşaq Fondunun (UNICEF) Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova “Uşaqların reproduktiv sağlamlığının mühafizəsində UNICEF-in qlobal və regional prioritet və hədəfləri" barədə konfrans iştirakçılarına məlumat verib.
Tədbirdə Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkim onkoginekoloqu Könül Mərdanova reproduktiv sağlamlıq və cinsi yolla keçən xəstəliklər, onların erkən diaqnostikası və skrininqi barədə danışdı və ölkəmizdə bunla bağlı statistik məlumatları diqqətə çatdırıb.
Konfransda cari il ərzində müvafiq sahədə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

