Əhliman Əmiraslanov Türkiyə səfirliyində olub
15.02.2023 17:05

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri, millət vəkilləri Eldar İbrahimov və Eldar Quliyev qardaş Türkiyədə baş vermiş təbii fəlakət - çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar Türkiyə səfirliyini ziyarət ediblər.

 

Aztibb.az Unikal.az-a istinadla xəbər veri ki, görüş zamanı dəhşətli zəlzələdə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dualar oxunulub.

 

Daha sonra Türkiyənin Azərbaycandakı Səfiri Cahid Bağçı ilə görüşən ziyarətçilər, Kahramanmaraş başda olmaqla, 10 vilayətdə baş verən dəhşətli zəlzələnin ağır nəticələrindən üzüldüklərini bildiriblər.

 

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov  qeyd edib ki,  Azərbaycan və Türkiyə sevincini və kədərini  bölüşən bir millət və iki dövlətdir. Biz öz bacı və qardaşlarımızın yanındayıq.

 

Bir necə gün öncə Türkiyənin Azərbaycandakı səfirliyində olarkən Azərbaycan Prezidenti cənab İlham Əliyev "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır.” söyləməsi bizim birliyimizin təcəssümüdür. Baş vermiş  bu ağır fəlakətdə həlak olanlar, yaralananlar bizim bacı və qardaşlarımız, övladlarımızdır. Hər birimiz bu çətin günlərdə qardaş ölkəyə yardım etməyə hazırıq. Azərbaycan Türkiyənin yaralarını sarmaq və dəstək olmaq üçün səfərbər olub. Milli Məclisdə hörmətli spikerimiz sahibə Qafarovanın rəhbərliyi ilə ölkə prezidenti cənab ilham Əliyevin təqdir etdiyi yardım aksiyasına qoşulub. Türkiyə güclü dövlətdir, onun cümhur başqanı güclü liderdir, inanırıq ki, qardaş dövlət bu ağır imtahandan şərəflə çıxacaq. Bir daha uca Tanrıdan zəlzələ zamanı həlak olan bütün qardaş-bacılarımıza rəhmət diləyir, yaralılara  tezliklə sağalmalarını, dağıntılar altında qalanların sağ - salamat xilas olmasını arzulayıram! 

 

Səfir Cahit Bağçı Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinə təşəkkür edib. Səfir bildirib ki, bu acı xəbər yayılandan səfirlik davamlı olaraq ziyarət olunur, zəlzələdən zərər çəkənlərə dövlət səviyyəsində dəstək və müxtəlif təşkilatlar, vətəndaşlar tərəfindən təşkil olunan yardımlar  bir daha qardaşlığımızın nə qədər  qüdrətli və sarsılmaz olduğunun göstəricisidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır