TƏBİB-in dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün “Fərqli Fərdlər” konqresi keçiriləcək  
15.02.2023 16:35
Martın 11-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün “Fərqli Fərdlər” konqresi keçiriləcək
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, “Fərqli Fərdlər” 2019-cu ildən etibarən ictimaiyyətin diqqətini autizm, diqqət əskikliyi və hiperativlik, uşaq serebral iflici (USİ), daun sindromu və digər mövzulara maksimum dərəcədə yönəltmək, valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləyir.
 
Konqresin əsas məqsədi və nail olmağa çalışdığı ən başlıca hədəf isə ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olan insanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə bu şəxslərə düzgün yanaşma ilə onları cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.
 
Təşkilatçısı “Caspian Event Organisers” şirkəti olan “Fərqli Fərdlər” konqresində ABŞ, Azərbaycan, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və beynəlxalq spikerlər çıxış edəcəklər. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri olan insanların özləri də olacaqlar.
 
Tədbirdə ilk dəfə olaraq çox aktual, lakin həssas mövzu olan yeniyetməlikdə cinsi tərbiyə müzakirə olunacaq. Konqres zamanı həmçinin fərqli inkişaf özəllikləri olan insanların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, autizmli insanlarda qidalanma pozğunluğu, “bullinq” və məktəbə inteqrasiyası, inklüziv işə qəbulu, perspektivlər və digər mövzular qaldırılacaq.
 
Konqres TƏBİB-lə yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Regional İnkişaf İctimai Birliyi (RİİB), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Sosial Xidmətlər Agentliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) dəstəyi ilə təşkil edilir.
 
Qeyd edək ki, “Fərqli Fərdlər 2023” konqresində iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub