Uzay terapiyasının FAYDALARI
15.02.2023 15:02
Uzay terapiyası - fizioterapiya və reabilitasiya elmində son dövrlərdə inkişaf etdirilən və uşaq serebral iflici başda olmaqla, travmatik beyin zədələnmələri zamanı yaranan inkişaf ləngimələri və bir çox nevroloji xəstəliklərdə istifadə olunan müasir pediatrik-fiziki müalicə metodudur.
 
Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov məlumat verib.
 
O, bildirib ki, bu metod yeni olmasına rəğmən fizioterapiya və reabilitasiya elminin fundamental hissəsini təşkil edir, zəif əzələlərin qravitasiya qüvvəsinə qarşı çıxabilməmə uğursuzluğuna əsaslanır. Metodun əsasını əzələ və oynaqlara müxtəlif yöntəmlərlə, dəyişə bilən qüvvət və dəstək vermək məqsədi ilə hazırlanmış yumşaq geyiniləbilən bir ortepedik sistemi təşkil edir. 
 
Pərvin Əkbərov uzay terapiyasının faydalarını da sadalayıb. Qeyd edib ki, bu metod taktil toxunma hissiyatının yaxşılaşdırır, mərkəzi sinir sistemini stimullaşdırır, əzələ tonusunu normalizə edib, spazmı azaldır. Həmçinin vücudun duruşunu düzəldir, dinamikanı təmin edir, patoloji refleksləri azaldır, bədənin ümumi duruşunu və düzgün hərəkət nümunələrini yenidən qurur, düzgün yeriməni modelizə edir
 
Fizioterapevtin sözlərinə görə, uzay terapiyası xarici balansı təmin edir, zəif əzələləri gücləndirir, vestibular sistemə təsir göstərir, beyin mərkəzi sinir sistemini yenidən hazırlamaq üçün stimullaşdırır, balansı saxlamaqda köməklik göstərir. Bundan başqa, toxunma və sensor stimullaşdırılması təmin edir, koordinasiyanı inkişaf etdirir, əzələlərin daha da gücləndirilməsi üçün dayaq funksiyasını görür:
 
"Uzay terapiyası, həmçinin mərkəzi sinir sisteminin kontrolu və gövdənin dəstəyi ilə danışıq qabiliyyətini formalaşmasına, sərbəst axıcı danışmağa kömək edir. Ataksi və atetozda kontrolsuz hərəkətləri azaldır. İncə motor bacarıqlarlarını inkişaf etdirməyə köməklkik göstərir. Müalicə müddətini azaldır".
 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır