MOM-da “3D” mammoqrafiya müayinəsinə start verilib
14.02.2023 17:19

Azərbaycan Milli Onkologiya Mərkəzində (MOM) rəqəmsal rentgen mammoqrafiyasının yeni növü olan tomosintez və ya “3D” mammoqrafiya müayinəsinə başlanılıb.

 

MOM-dan Aztibb.az-a verilən məlumata görə, tomosintez süd vəzi patologiyalarının diaqnostikasında ən mühüm nailiyyətlərdən biri sayılır. Tomosintez texnologiyası süd vəzisinin üçölçülü (3D) qat-qat (1 mm qalınlığında) skanını həyata keçirir.

 

Cihaz dilimlər arasında verilmiş məsafə ilə ardıcıl tomoqram seriyasını işə salır, rentgen şüaları isə müxtəlif bucaqlarda yerləşərək müayinənin maksimum dəqiqliyini və tamlığını təmin edir. Tomosintez aparatı müayinə  prosedurunun  xəstə üçün daha rahat və ağrısız həyata keçməsinə şərait yaradır.

 

Çoxsaylı araşdırmalar göstərir ki, “3D” mammoqrafiya süd vəzi xərçənginin aşkarlanmasını təxminən 25% artırır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır