Elmi fəaliyyətin qiymətləndirilməsində H-indeksinin əhəmiyyəti
14.02.2023 11:56
Alimlərin fəaliyyətinin monitorinqi, onların elmi məhsuldarlıq/effektivlik baxımından ölçülməsi və qiymətləndirməsi üçün bir çox meyarlar işlənib hazırlanmışdır.
 
Elmi məhsuldarlığın məlum parametrlərindən biri Hirş indeksidir (H-indeksdir).
 
Aztibb.az K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna istinadla xəbər verir ki, hirş indeksi (H-indeksi) alimin, alimlər qrupunun, elmi təşkilatın və ya bütövlükdə ölkənin nəşrlərinin sayına və həmin nəşrlərdən sitat sayına əsaslanan beynəlxalq elmi-metrik göstəricidir. “Hirş indeksi” onun yaradıcısı – Amerikalı professor fizik Xorxe Hirşin (Jorge E. Hirsch) şərəfinə adlandırılıb. Elmi fəaliyyətin bu yeni orijinal göstəricisi haqqında ilk məlumat onun 2005-ci ildə dərc olunmuş «An index to quantify an individual’s scientific research output» əsərində verilmişdir. Elmi fəaliyyətin bu göstəricisi, demək olar ki, dərhal elmi fəaliyyətin ən müxtəlif sahələrindən tədqiqatçıların böyük marağına səbəb olmuşdur. Bütün lazımi hesablamalar son dərəcə tez aparılmış və müvafiq məlumat bazaları yaradılmışdır. Həmin məlumat bazalarında elmdə yolunu yeni tədqiqatçılardan Nobel mükafatı laureatlarına qədər ən müxtəlif dərəcələrdən tədqiqatçılar üçün həmin parametrin qiymətləri haqqında məlumat təqdim olunmuşdur.
 
H-indeks tədqiqatçının məhsuldarlığının nəşrlərin ümumi sayına və sitatların sayına əsaslanan kəmiyyət xarakteristikasıdır. X.Hirşin özünün tərifinə görə, tədqiqatçının N sayda məqaləsindən h ədədinin hər birindən minimum h dəfə, eyni zamanda qalan (N-h) sayda məqaləsinin hər birindən h dəfədən çox olmamaqla sitat gətirilirsə, tədqiqatçı h indeksinə malik olur. Başqa sözlə (daha sadə dillə) desək, tədqiqatçının aktivində n sayda məqalə varsa və onların hər birinə n dəfədən az olmamaqla istinad edilibsə, bu, onun şəxsi indeksinin n-ə bərabər olduğunu göstərir. Məsələn, 10-a bərabər h-indeks onu bildirir ki, alim tərəfindən ən az 10 əsər dərc olunub və onlardan hər birinə 10 dəfə və daha çox istinad olunub. Eyni zamanda daha az sayda istinad edilən əsərlərin sayı müxtəlif ola bilər. Hirş indeksi alimin bütün elmi fəaliyyət dövrü üzrə məhsuldarlığının kəmiyyət xarakteristikasıdır; Scopus və Web of Science referativ məlumat bazalarında təqdim olunur. H-indeksi İnternetdə hamıya açıq olan pulsuz məlumat bazalarından istifadə etməklə, məsələn, Google Scholar-ın köməyi ilə hesablamaq olar.
 
1 məqalə 8 istinad
 
Hirş-indeksin hesablamasının nümünəsi
 
Müəllif 6 məqalə dərc edib h-indeksin hesablaması:
1 məqalə 8 istinad          1 məqalə -12 istinad
2 məqalə 10 istinad        2 məqalə 10 istinad
3 məqalə 12 istinad        3 məqalə 8 istinad
4 məqalə 5 istinad          4 məqalə 5 istinad
5 məqalə 4 istinad          5 məqalə 4 istinad
6 məqalə 2 istinad          6 məqalə 2 istina
 
h=4
 
H-indeksinin zəif tərəfləri və digər meyarlar. H-indeksinin artması eyni vaxtda nəşrlərin və sitatların sayının artmasından asılı olduğundan, müxtəlif elm sahələrinin akademiklərinin müqayisəsində ondan istifadə edilməməlidir. Bəzi fənlər üzrə daha çox aktual mövzularda daha çox nəşrlər edildiyi üçün istinad edilmə şansı təbii olaraq artır. Fərqli fənləri müqayisə etmək üçün normallaşdırma meyarı işlənib hazırlansa da, bir-birinə qarışan fənlər səbəbindən çətinlik hələ də qalmaqdadır. Yenə də cavan tədqiqatçıları professorlarla müqayisə etmək üçün çox uyğun deyil.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır