ATU-nun Tədris Terapevtik Klinikasının 2022-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib
13.02.2023 16:36
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın növbəti toplantısı keçirilib.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, toplantıda klinikanın 2022-ci ildə fəaliyyəti qiymətləndirilib və qarşıdakı dövr üçün vəzifələri müzakirə olunub.
 
Yığıncaqda giriş sözü ilə çıxış edən klinikanın direktoru, professor Surxay Musayev bu günlərdə qardaş Türkiyədə baş verən təbii fəlakətlə əlaqədar Türkiyə xalqına başsağlığı verib. Azərbaycan xalqının üzüldüyünü, əlindən gələn köməyi göstərməyə çalışdığını bildirən professor yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.
 
Sonra zəlzələ nəticəsində həlak olmuş Türkiyə vətəndaşlarının xatirəsi ehtiramla yad edilib.
 
Toplantıda klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva klinikanın 2022-ci il üzrə müalicə-diaqnostik fəaliyyətinin yekunlarına dair hesabatı ilə çıxış edib. O, həmçinin ötən il ərzində ambulator və stasionar xəstə qəbulu, müəssisənin tibbi fəaliyyəti və mövcud çətinliklər barədə də ətraflı məlumat verib.
 
Dinlənilən hesabatdan sonra çıxış edən prof. Surxay Musayev klinikanın cari məsələləri, mövcud olan problemlər haqqında danışıb və onların həlli istiqamətində ciddi addımların atılmalı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, klinikada müasir avadanlıqlar və laboratoriya olmasına baxmayaraq bəzi həkimlər xəstələri müayinə olunmaları üçün başqa tibb müəssisələrinə yönləndirir və bu kimi neqativ hallar aradan qaldırılmalıdır.
 
Yığıncaqda klinikanın əməkdaşları çıxış edərək klinikanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflərini veriblər.
 
Toplantının sonunda bir sıra cari məsələlər müzakirə olunub, bəzilərinin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır