Qusar Rayon Mərkəzi Xəstəxanasının Tibbi şurasının iclası təşkil olunub
13.02.2023 15:37
Qusar Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin yaxşılaşdırılması və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə hər ay Tibbi şuranın iclası keçirilir.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, 2023-cü ilin ilk Tibbi şura iclası fevral ayının əvvəlində baş tutub.
 
İclasın gündəliyinə əsasən tədbirdə "Rayon səhiyyə müəssisələrinin 2022-ci ildəki fəaliyyətinin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr haqqında" Qusar RMX-nın direktor müavini-baş həkim Əjdər Ağacanovun məruzəsi dinlənilib.
 
Daha sonra Cərrahiyyə şöbəsinin müdiri Qasım Qəribov şöbənin 2022-ci ildəki fəaliyyətinə dair hesabatını Tibbi şura üzvlərinin diqqətinə çatdırıb.
 
Gündəlikdə duran üçüncü məsələ "Aşağı Ləyər HM-nin 2022-ci ildəki fəaliyyəti" haqqında olub. İSX-nın müdiri Natavan Butayeva çıxış edərək həmin məntəqənin ötən ilki fəaliyyəti barədə məlumat verib.
 
Sonda xəstələrə ambulator və stasionar tibbi xidmətlərin göstərilməsi, ekspertizanın aparılması və kəsinti faizlərinin müzakirəsi aparılıb.
 
Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Günel Nəcəf-Zadə kəsinti faizlərinin az və qənaətbəxş olmasında həkimlərin böyük rolunun olduğunu qeyd edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır