Təlim seminarında epidemioloji nəzarət işinin təşkilinə dair müzakirələr aparılıb
13.02.2023 15:32
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Baytarlıq, fitosanitar və sanitariya şöbəsinin rəisi Günay Salamova, həmin şöbənin böyük inspektoru Məəzət Kazımova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Tibbi Sanitariya (2005) Monitorinq və Qiymətləndirmə” layihəsi çərçivəsində xarici qiymətləndirmə üzrə birgə təlim seminarında iştirak ediblər.
 
Aztibb.az-ın xəbərinə görə, Şahlar Mirqasım seminarda ölkənin Birgə Xarici Qiymətləndirməyə hazırlıq işləri çərçivəsində “Epidemioloji nəzarət işinin təşkili” sahəsində təqdimatla çıxış edib.
 
Qeyd edək ki, ÜST beynəlxalq tərəfdaşlarla birlikdə, Beynəlxalq Tibbi -Sanitariya Qaydaları ilə tələb olunan, ölkə imkanlarının monitorinqi və qiymətləndirilməsinin həyata keçiriməsi üçün Birgə Xarici qiymətləndirməyə (BXQ) hazırlıq işləri görür.
 
BXQ ölkənin ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi, qiymətləndirilməsi, qarşısının alınması üçün lazım olan alətlərdən biridir. BXQ multi-sektoral şəkildə və 19 texniki sahəni əhatə etməklə aparılır.
 
Seminarda Səhiyyə Nazirliyi, Təbib, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Hava Yolları, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Komitəsinin nümayəndələri iştirak ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır