Səhiyyə Nazirliyində ÜST-nin “İmmunlaşdırma üzrə İnformasiya Sistemlərinin qiymətləndirilməsi Missiyası”nın nümayəndə heyəti ilə görüş olub
13.02.2023 15:24

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “İmmunlaşdırma üzrə İnformasiya Sistemlərinin qiymətləndirilməsi Missiyası”nın ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Görüşdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə nazirinin Səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov və Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıblar. Bildirilib ki, uşaqların sağlamlığının qorunması daim dövlətin diqqət mərkəzindədir. İmmunlaşdırma proqramı peyvəndlərlə idarə olunan xəstəliklərin profilaktikasına istiqamətləndirilmiş və dövlət tərəfindən daima dəstəklənməkdədir.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən ÜST nümayəndələri qeyd ediblər ki, missiyanın məqsədi Azərbaycanda immunizasiya tədbirlərinin planlaşdırılması, idarə olunması, həyata keçirilməsi, qeydiyyat və hesabatverməyə dair imkanların nəzərdən keçirilməsi, eyni zamanda xarici ekspertlər tərəfindən qiymətləndirilməsi və təkmilləşdirilməsi istiqamətində gələcək addımların müəyyən edilməsindən ibarətdir.

 

Qeyd edək ki, ÜST-nin missiyasının işgüzar səfəri fevralın 17-dək davam edəcək. Missiya çərçivəsində ölkə, regional və yerli səviyyələrdə immunizasiya tədbirlərinində iştirak edən müəssisələrə səfərlər nəzərdə tutulub.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır