Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib
12.02.2023 10:00

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirib ki, müəssisənin direktoru, prof. Sədaqət Hüseynovanın sədrliyi ilə keçirilən iclasda institutun elmi katibi, baş həkim, elmi şuranın üzvləri və elmi işçilər iştirak ediblər.

 

Öncə prof. Sədaqət Hüseynova institutun elmi istiqamətləri, cari ildə planlaşdırılan elmi işlər haqqında məlumat verib.

 

Sonra elmi katib, t.ü.f.d Sevinc Rzayeva 2022-ci ildə institutda aparılan elmi tədqiqat işləri haqqında illik hesabatı təqdim edib. Direktorun müavini, baş həkim Rəhimə Məmmədova isə institutun klinik şöbələrinin illik hesabatını diqqətə çatdırıb.

 

İclasda 2023-cü ildə institutun elmi bölmələrində başlanan yeni elmi mövzular müzakirə olunub və təsdiq edilib.

 

Sonda prof. Sədaqət Hüseynova müəssisənin elmi işçilərinin yeni tədqiqatlarda nailiyyətlərə imza atacağına inandığını və bunun üçün hər sahədə onlara dəstək olacağını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır