Tamilla Əliyeva: “Sağlamlıq – gümrah və xəstə olmadığımız vaxtlarda dəyər vermədiyimiz, qədrini bilmədiyimiz bir nemətdir”
11.02.2023 13:35

11 fevral - Ümumdünya Xəstələr Günü insanların diqqətini planetin hər yerində xəstə insanların üzləşdiyi problemlərə cəlb etmək üçün nəzərdə tutulmuş beynəlxalq gündür.

 

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin müdiri Tamilla Əliyeva 11 fevral - Ümumdünya Xəstələr Günü barədə Aztibb.az-a məlumat verib.

 

Həkim bildirib ki, hər il fevralın 11-də bütün dünyada keçirilən bir növ sosial tədbirdir. Ümumdünya Xəstələr Gününün əsas məqsədi planetimizin bütün insanlarının diqqətini müəyyən bir xəstəliyin qurbanı olmuş bütün insanların iztirablarına cəlb etməkdir. Sağlamlıq – gümrah və xəstə olmadığımız vaxtlarda dəyər vermədiyimiz, qədrini bilmədiyimiz bir nemətdir. Ancaq insanlar yalnız xəstələnərkən özlərinə qarşı qayğının və yaxşı münasibətin vacibliyini hiss etməyə başlayırlar.

 

Onun sözlərinə görə, həmin gün insanlar müxtəlif xəstəliklərdən əziyyət çəkən hər kəslə həmrəy olduqlarını bildirirlər. Müasir insanlarda mərhəmət, rəğbət, şəfqət kimi keyfiyyətlərin olmamasının cəmiyyətin diqqət mərkəzində olması bu günün əsas vəzifəsidir. Sağlam olmaq hər kəsə nəsib olmur. Xəstələrin sayı hər gün artır.

 

T.Əliyeva qeyd edib ki, Ümumdünya Xəstələr Günü tibb müəssisələrinin, ictimai-siyasi qurumların və ayrı-ayrı vətəndaşların diqqətini xəstələrin üzləşdiyi problemlərə, onlara yüksək keyfiyyətli tibbi, eləcə də maddi və mənəvi yardımların göstərilməsi zərurətinə cəlb etmək məqsədi daşıyır. Hər birimiz xəstə insana qayğı göstərməklə, onun ağrılarını, dərdini bölüşməklə ona kömək edə bilərik:


"Bu, təkcə sağlamlığınızın qayğısına qalmaq haqqında düşünmək üçün bir səbəb deyil, həm də bütün insanlara xatırlatmaqdır ki, bu dünyada laqeydliyə və insanlara qarşı ayrı-seçkiliyə yer yoxdur. Sağlamlıq dünyanın ən gözəl neməti olsa da, yaşadığımız həyatda hər kəs nə vaxtsa xəstələnir. Ümumdünya Xəstələr Günü müxtəlif fiziki ağrılara mübtəla olanların ağrılarını yüngülləşdirmək və onlara göstərilən xidməti yaxşılaşdırmağa ictimaiyyətin diqqətini cəlb etmək üçün sosial addım kimi düşünülüb.


Həmin gün çərçivəsində dünyanın bir çox ölkəsində bir sıra xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər keçirilir, xəstələr ziyarət olunur, sağlamlıq və sağlam həyat tərzi istiqamətində profilaktik addımlar atılır, sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirmə işləri aparılır".

 

Şöbə müdiri bildirib ki, bu günün bütün tədbirlərinin əsas məqsədi xəstələrə kömək etmək, insanlara xəstəliklərin təhlükəsi barədə məlumat vermək, xəstəliklərin qarşısının alınması və mütəmadi olaraq tibbi müayinədən keçməkdir. İnsanlar fərqlidir, hər ehtiyacı olan kəs kömək istəməyə də bilər, amma hər kəs ehtiyacı olanlara yardım əlini uzada bilər.
Həmin gün düzgün, sağlam həyat tərzi təbliğ edilir. Həkimlər və bütün tibb işçiləri insanlara zərərli sintetik qidaları minimuma endirməyi, zərərli vərdişlərdən uzaq olmağı, aktiv həyat tərzi keçirməyi, stresslərə məruz qalmamağı və vaxtlnda həkim müayinələrindən keçməyi tövsiyə edirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
Qastrit və xora zamanı necə qidalanmalı?