Türkiyədə zəlzələdə  19 388 nəfər həyatını itirib - YENİLƏNİB
10.02.2023 17:13

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 19 388-ə yüksəlib.

Aztibb.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaralıların sayı isə 77 711 nəfərə çatıb.

 

* 17:13

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərkəzi Kahramanmaraş olan zəlzələdən zərər çəkən Adıyamanda fəlakət qurbanları üçün qurulan çadır şəhərciyini ziyarət etdikdən sonra son vəziyyətlə bağlı açıqlama verib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Prezident Ərdoğan zəlzələdə 18 991 nəfərin həyatını itirdiyini, 75 523 nəfərin isə xilas edildiyini bildirib.

 

"10 əyalətdə ciddi dağıntılar olub. Biz Kahramanmaraş, Hatay və Adana vilayətlərində olub, oradakı vəziyyətlə bağlı qiymətləndirmələr apardıq. Dünən Qaziantep, Osmaniye və Kilisdə idim. Zəlzələdən sağ qurtarmış qardaşlarımla bir yerdə idik. Buradan da Malatyaya gedəcəyik. Mərhum bacı-qardaşlarıma Allahdan rəhmət diləyirəm. Bizim əqidəmizə görə belə fəlakətlərdə mərhumun rütbəsi şəhadətdir", - deyə dövlət başçısı qeyd edib.

 

O, AFAD və ya bölgədə yardım fəaliyyətini həyata keçirən Qızıl Aypara başda olmaqla digər qurumlarla əlaqə saxlamadan yardımları təsadüfi şəkildə toplamamaq barədə xəbərdarlıq edib. Bildirib ki, AFAD vasitəsilə nağd ianə etmək sui-istifadə və tərəddüdləri aradan qaldıracaq bir üsuldur. Köçürülmə yardımı ilə hər evə 15 min lirə vermək üçün hazırlıqlar edirik. Xüsusilə zəlzələ bölgəsində ölkənin ayağa qalxmasını təmin edəcək əhatəli bir proqram hazırlayırıq.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır