Regionlarda endokrinoloji xidmətin keyfiyyətinə nəzarət artırılır
10.02.2023 16:06
TƏBİB-in İxtisaslı yardım departamentinin Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin və Respublika Endokrinoloji Mərkəzinin təşkilatçılığı ilə regionda endokrinoloji xidmətin keyfiyyətinə və effektivliyinin qiymətləndirilməsi, təşkilinə nəzarət məqsədi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına səfər təşkil olunub.
 
Bu barədə Aztibb.az-a Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
 
Səfər xəstəxanada endokrinoloji kabinetlərin fəaliyyəti, tibbi sənədləşmənin icrasın nəzarət, xəstələrə təşkil edilən tibbi xidmətin ümumi dəyərləndirilməsi, mürəkkəb, ağır xəstələrin qəbulu, onlara konsultativ-diaqnostik yardımın təşkili xidmətiylə yerində yaxından tanış olmaq məqsədi daşıyır.
 
Bu münasibətlə Lənkəran RMX-da fəaliyyət göstərən həkim endikrinoloq, terapevt, təcili tibbi yardım şöbəsinin həkimləri, nevroloq, uşaq endokrinoloqları, pediatr və reanimatoloqlarla yanaşı, ətraf rayonlarda çalışan (Astara, Masallı, Lerik, Yardımlı) həkimlərin də iştirakı ilə toplantı keçirilib.
 
Tədbiri giriş sözü ilə Lənkəran RMX-ın direktoru Ağabala Kəlbiyev açaraq regionda endokrinoloji xidmətin vəziyyəti, bu istiqamətdə mövcud infrastruktur və kadr potensialı, region üzrə endokrin xidmət göstərəcək müvafiq mərkəzin yaradılması ilə bağlı aparılan müzakirələr və gələcək hədəflər barədə toplantı iştirakçılarına məlumat verib.
 
Respublika Endokrinoloji Mərkəzinin həkim-endokrinoloqu Nərminə Hüseynova, Nərimanov Tibb Mərkəzinin Uşaq Kliniki Xəstəxanasının Endokrinologiya şöbəsinin müdiri Zülfiyyə Kazımzadə, Respublika Endokrinoloji Mərkəzinin həkim-nevroloqu Aynurə Hacıyeva, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Gülər Gəncəliyeva şəkərli diabetin müasir diaqnostikası və müalicəsinin idarəolunması, uşaqlarda şəkərli diabet xəstəliyinin diaqnostika və müalicəsinə müasir yanaşma, diabetik katoasidoz, diaqnostika, ilk yardım, şəkərli diabetin nevroloji ağırlaşmaları, diabetik nefropatiyalar, diabetli xəstələrin idarəedilməsi, diabet məktəbində tibb bacısının rolu mövzusunda təqdimatlarla çıxış ediblər.
 
Sonda endokrinoloji patalogiyası ola xəstələrin qəbulu təşkil olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır