“Sağlam gənclik, sağlam gələcək deməkdir!” mövzusunda maarifləndirici tədbir keçirilib
11.02.2023 10:30

Qubadlı rayon Qara İlyasov adına şəhər 1 saylı tam orta məktəbində Qubadlı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Qubadlı Rayon Mərkəzi Xəstəxanası, rayon Polis şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin birgə təşkilatçılığı ilə “Sağlam gənclik, sağlam gələcək deməkdir!” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Qubadlı Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, tədbirdə zərərli vərdişlərin orqanizm üçün ciddi təhlükə törətdiyini vurğulanıb. Həmçinin narkomaniyanın və psixotrop maddələrin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verilib, narkotik maddələrdən istifadənin qısa zamanda fiziki və psixi asılılıq yaratdığını nəzərə çatdırılıb. Gənclərə sağlam həyat tərzi sürmək, gələcəyini məhv edən vərdişlərdən uzaq olmaq tövsiyə olunub.

 

Sonda narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş olunub, yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır