Böyrək transplantasiyasından sonra QADAĞALAR
12.02.2023 10:25
Orqan nəqlində yeni orqanın bədənə uyğunlaşması üçün xəstənin immun sistemi xüsusi preparatlarla basqılanır. Çünki orqan transplantasiyası keçirmiş xəstə, yenidoğulmuş körpə qədər bütün ətraf mühit infeksiyalarına qarşı həssasdır. Buna görə bu xəstələr daha diqqətli qorunmalı və mümkün qədər heç bir infeksiyaya yoluxmamalıdırlar.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri tanınmış nefroloq Barat Yusubov orqan nəqli ilə bağlı məlumat verərkən deyib. 
 
Həkim bildirib ki, transplantasiya keçirmiş bir xəstənin xüsusi qulluğa ehtiyacı olmasa da, immun sisteminə təsir edən dərmanlar qəbul etdiyi üçün karantində (cəmiyyətdən uzaq) olmalıdır. Əməliyyatdan bir həftə sonra, karantin qaydaları izah olunub, xəstə evə buraxıla bilər. Xəstə bir ay boyunca tibbi maska ilə gəzməli, cəmiyyət içinə məcbur olmadıqca çıxmamalıdır. İlk aydan sonra dərmanların dozası düşdükcə, xəstə sosiallaşmağa başlaya bilər.
 
Xəstənin müayinə vaxtları barədə də danışan Barat Yusubov qeyd edib ki, pasiyent ilk 3 ay ərzində, həftədə bir, sonra 2 həftədə bir, 6 aydan sonra ayda bir, 1 ildən sonra isə 6 ayda bir müayinəyə çağrılır. Müayinə tarixləri, nefroloqun, nefroloji mərkəzin və xəstənin seçimi və ehtiyacına uyğun təyin olunur. Nefroloq tərəfindən orqan rəddinin vücudda yarada biləcəyi fərqli problemlərin təqib edilib, dərhal müdaxilə edilməsi lazımdır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır